Seninem.Az > Siyasət / Manşet Yuxarı > "Rusiya Qarabağ münaqişəsinin həlli üçün ən fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır"
"Rusiya Qarabağ münaqişəsinin həlli üçün ən fəal vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır"Tarix: 11-11-2019, 14:54. Müəllif: admin |
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif formatlarda fəal vasitəçi rolunu oynamağa davam etməyə hazırdır". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 11-də Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşdən sonra deyib. "Rusiya həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Rusiya Federasiyası - Ermənistan - Azərbaycan formatında ən fəal vasitəçi kimi fəaliyyəti bundan sonra da davam etməyə hazırdır", - XİN başçısı bildirib. Geri Qayıt |