Seninem.Az > Siyasət / Mədəniyyət / Video / Manşet Yuxarı > Mehriban Əliyevadan növbəti xeyirxah addım - Elçibəyin evi yeni görkəmdə
Mehriban Əliyevadan növbəti xeyirxah addım - Elçibəyin evi yeni görkəmdəTarix: 31-10-2019, 19:56. Müəllif: admin |
|
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə ölkənin eks-prezidenti Əbülfəz Elçibəyin evi əsaslı təmir edilib. "Report"un xəbərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 2 mərtəbə və mansard hissədən ibarət olan evdə təmir işləri artıq bitib. Hazırda evdə mebel və avadanlıqların quraşdırılması işləri görülür. Ə.Elçibəyin yaxın qohumu Çingiz Özgür bildirib ki, eks-prezidentin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir müddət əvvəl evin təmiri ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib: "Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirilib. Evdə həmçinin kanalizasiya, işıq və su sistemi tamamilə yenilənib. Yaşayış evinin yerləşdiyi həyətyanı sahə abadlaşdırılıb". ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri Qayıt |