Seninem.Az > Siyasət / Manşet Sağ > NATO admiralı Bülent Turan

NATO admiralı Bülent Turan


Tarix: 16-10-2019, 14:35. Müəllif: admin
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycana təşəkkür edib.

"Leqal.info" xəbər verir ki, o, təşəkkürünü oktyabrın 16-da Bakıda Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

O, həmçinin “NATO Günləri”nin Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. (Report)скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt