Seninem.Az > Siyasət / Manşet Yuxarı > "Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram"

"Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram"


Tarix: 30-09-2019, 15:17. Müəllif: admin
“Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər”.

"Leqal.info" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, həmin adamların məqsədi odur ki, daha çox cərimə yazıb ondan faiz tutsunlar: “Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, eybi yox, qoy, dövlət bir az ziyana düşsün, amma bunların əməkhaqqını artıraq. Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar. Parklanma yeri yoxdur, amma gəlib hamını cərimələyirlər. Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt