Seninem.Az > Siyasət / Manşet Sağ > "Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər"
"Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər"Tarix: 24-09-2019, 14:30. Müəllif: admin |
"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüşəcəklər". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə paneldə iştirak edəcəklər", - D.Peskov bildirib. O əlavə edib ki, Rusiya prezidenti ölkə liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Builki mövzu "Şərqin şəfəqi və dünya siyasi sistemi"dir. Geri Qayıt |