Pirverdiyevin utanmalı olduğu nöqsanlar...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın uzun müddətli məmurlarından biri olan Etibar Pirverdiyev ölkə prezidentinin sərəncamı ilə vəzifədən azad olunub.

Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, 17 ildir ölkənin enerji istehsalı ilə məşğul olan qurumuna rəhbərlik edən Pirverdiyev zamanla bir çox məsələlərdə medianın diqqət mərkəzində olub. Belə ki, mətbuatda dəfələrlə ekspertlər tərəfindən “Azərenerji” də yol verilən korrupsiya halları haqqında çoxsaylı məlumatlar və araşdırmalar dərc olunub. Hətta 2015- ci ildə “Bayraq Meydanı” ətrafında baş verən hadisələrdə onun tikilməsində məsul olan Etibar Pirverdiyevin prosesdə yol verdiyi korrupsiya faktları da araşdırılmışdı. “Bayraq Meydanı” İdarəsinin sabiq rəhbəri, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov istintaqa verdiyi ifadədə E. Pirverdiyevi günahlandırmışdı. Hadisədə on milyonlarla dollarlıq yeyinti faktından söhbət gedirdi. Hətta Pirverdiyev o zaman Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCMİ) bu məsələlər ətrafında ifadə də vermişdi və onun həbs ediləcəyi gözlənilirdi.


E. Pirverdiyevin adının çəkildiyi, ən yaxın keçmişdə baş verən və ölkə gündəmini silkələyən əsas hadisə isə bu ilin iyulun 3-də Mingəçevir İstilik Elekstrik Stansiyasında baş verən yanğın olmuşdu. Bildiyiniz kimi, baş verən qəza nəticəsində paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün enerji sistemi çökmüşdü. Bir İES-də baş verən qəzaya görə bütün ölkənin işıqsız qalması bütünlüklə ictimaiyyəti narahat etmişdi. İctimaiyyət elə təkcə bu fakta görə Pirverdiyevin istefa etməli olduğunu dilə gətirirdi.

Hadisədən sonra prezident İlham Əliyevin enerji sektorunda baş verən problemlə bağlı keçirdiyi müşavirədə “Azərenerji” rəhbərliyinə qarşı ciddi iradlar səsləndirmişdi. Belə ki, ölkə başçısı baş verən hadisəyə görə Pirverdiyevin utanmalı olduğunu qeyd etmişdi. İ. Əliyev eyni zamanda problem nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərərdən, insanların metroda, liftlərdə qalaraq əziyyət çəkməsindən də danışaraq bu işə məsul olan şəxslərin cəzalandırılmasını dəfələrlə vurğulamışdı. Elə bu gün Pirverdiyevin “Azərenerji” rəhbərliyindən azad edilməsi ilə bağlı verilən sərəncam da ölkə başçısının vurğuladığı kimi cəzalandırmadır.

Xatırladaq ki, sözügedən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da çıxışında bundan əvvəl Mingəçevir İES-də qeydə alınmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlərin yerinə yetirilmədiyini bildirmişdi. Eyni zamanda, Baş prokuror Zakir Qaralov da çıxış nitqində bu sahədə düzgün idarəçiliyin olmadığını dilə gətirmişdi. Elə buna görə də, baş vermiş hadisə ilə əlaqədar “yanğın təhlükəsizlik qaydalarını pozma”, “vəzifədən sui-istifadə etmə” və “səhlənkarlıq” maddələri ilə cinayət işi qaldırılıb. Bu arada bir daha bildirək ki, müstəqil ekspertlər də dəfələrlə vurğulayıb ki, “Azərenerji” uzun illərdir ki, məsul olduğu sahənin inkişafına nail ola bilməyib. Baxmayaraq ki, bu qurum ən çox maliyyə yardımı alan təşkilatdır. Amma dövlətə 2 milyarddan çox borcu var. Elə enerji sektorunda baş verən bu ciddi problem onu göstərir ki, ölkədə dayanıqlı enerji sistemi yoxdur. Baxmayaraq ki son illərdə 20-25 elektrik stansiyasının tikildiyi bildirilirdi, realda vəziyyət elə olub ki, bu stansiyalar alternativ, ehtiyat sistemlər üzərində oturdulmayıb.

Elə Pirverdiyevin işdən azad olunması ilə bağlı Prezident Administrasiyasından verilən açıqlamada da bildirilir ki, ötən müddət ərzində Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub. Prezident Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.скачать dle 10.6фильмы бесплатно
4-09-2018, 19:19
Baxıs: 32 181
Reyting: