Daha bir ölkə “TikTok”u qadağan etdi


Danimarka Müdafiə Nazirliyi kibertəhlükəsizlik tədbirləri çərçivəsində əməkdaşlarına Çin sosial media platforması “TikTok”u rəsmi xidmətlərdə istifadə olunan cihazlarda qadağan edib.
Bu barədə Nazirlik yazılı açıqlama yayıb.

Açıqlamada qadağanın bizneslə heç bir əlaqəsi olmadığı bildirilib.

Qeyd edək ki, fevralın 28-də Danimarka Parlamenti işçilərə kibertəhlükəsizliklə əlaqədar olaraq “TikTok”dan istifadə etməmələri barədə xəbərdarlıq edib. Bəzi Danimarkalı siyasətçilər də tədbir çərçivəsində tətbiqi rəsmi telefonlarından sildiklərini açıqlayıblar.

Xatırladaq ki, Aİ Komissiyası təhlükəsizlik səbəbilə fevralın 23-də işçilərinə “TikTok” qadağası qoyub. 2022-ci il dekabrın 15-də ABŞ Senatı federal hökumət işçilərinə “TikTok”u dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib. 28 dekabr 2022-ci ildə isə ABŞ Nümayəndələr Palatası əməkdaşlarına “TikTok” tətbiqinin yüklənməsini və rəsmi cihazlarda istifadəsini qadağan edib.скачать dle 10.6фильмы бесплатно
7-03-2023, 09:34
Baxıs: 620
Reyting: