İlham Əliyev Türkiyədən 2 ədəd “Togg” elektromobili almaq üçün SİFARİŞ ETDİ

İlham Əliyev Türkiyədən 2 ədəd “Togg” elektromobili almaq üçün SİFARİŞ ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobili almaq üçün sifariş verib.

Bunu  Türkiyə  Prezidenti  Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2 avtomobil istədiyini söyləyib: “Telefon danışığımız zamanı da bunu xatırlatdı”.

Qeyd edək ki, noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı Gemlik zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.

Reportскачать dle 10.6фильмы бесплатно
3-11-2022, 11:01
Baxıs: 341
Reyting: