"Azərbaycan-Türkiyə münasibətləri hər gün daha da inkişaf edir və dərinləşir"

“Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri ötən hər gün daha da inkişaf edir və dərinləşir. Ümumiyyətlə bu kəlamlar müasir dövrdə də reallıqda öz təsdiqini tapır. Bunun üçün 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə atılan addımlara nəzər yetirmək kifayətdir”.

"Leqal.info" xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, müharibə günlərində və ondan sonra atılan addımlar bir daha sübut etdi ki, bir millət iki dövlət olan Azərbaycanla Türkiyə dar gündə də, xoş gündə də çiyin-çiyinə dayanırlar: “Məlum olduğu kimi 44 günlük Vətən müharibəsinin ilk saatlarından sonuna kimi başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. O cümlədən müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə başlanan abadlıq-bərpa işlərində əlini daşin altına ilk qoyan məhz qardaş ölkənin şirkətləri oldu. Həmin şirkətlər bu gün də o ərazilərdə öz işlərini şərəflə yerinə yetirirlər”.
"Azərbaycan-Türkiyə münasibətləri hər gün daha da inkişaf edir və dərinləşir"
V.İskəndərov deyib ki, xalqların tarixi bağlarına və iki qardaş ölkənin prezidentlərinin siyasi iradəsinə söykənən Türkiyə-Azərbaycan əlaqələri Şuşa Bəyannaməsinin imzalanması ilə yeni mərhələyə qədəm qoyub: “Təxminən bir il öncə imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi. Bu Bəyannamə iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir.

Qeyd etdiyim kimi, iki qardaş ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Ən yeni dövrdə buna misal olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər etməsini, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsini, iki ölkə arasında tarixi müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını göstərə bilərk. Eyni zamanda, bura mayın 14-də dənizin üzərində inşa edilən nəhəng layihə - Rizə-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışını da əlavə etməliyik. Hesab edirəm ki, bu, bir tərəfdən Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini, digər yandan isə iki qardaş ölkənin xoş gündə də, dar gündə də bir-birinin yanında olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirir”.скачать dle 10.6фильмы бесплатно
14-05-2022, 18:52
Baxıs: 32 906
Reyting: