Düsen Kaseinov: "Şuşanı dünyaya tanıtmaq istəyirik"
"Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir".
Bunu Leqal.info-ya açıqlamasında TÜRKSOY Baş katibi Düsen Kaseinov bildirib. “Şuşanı dirçəltmək istəyirik. Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik” – deyə qurum rəhbəri vurğulayıb. Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Türk Dünyası Mədəniyyət Paytaxtının 2023-cü ildə Şuşa şəhəri olacağı barədə qərar verilib. |
XƏBƏR LENTİ
Dünən, 09:27
Dünən, 09:27
Dünən, 09:27
Dünən, 09:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
9-04-2024, 07:06