Ukrayna Prezidentinin Ofisi: "Zelenski və Putinin danışıqlarına hazırlıq gedir"

“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”.

Leqal.info UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib.

“İstənilən fundamental qərar yalnız dövlət başçıları səviyyəsində qəbul oluna bilər. Belə bir görüşə hazırlıq gedir. Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz davam edir. Müharibənin qaynar fazasının sona çatmasında maraqlı ölkələr var. Bəzi ilkin sənədlər hazırlanıb liderlərə veriləcək. Onlar bunu qiymətləndirəcəklər. Bu, prezidentlər səviyyəsində üzbəüz müzakirə üçün “yol xəritəsi” olacaq”, - o bildirib.

M.Podolyak, həmçinin vurğulayıb ki, dövlət başçılarının ehtimal olunan görüşü ilə bağlı hələlik tarix proqnozlaşdırmaq mümkün deyil.скачать dle 10.6фильмы бесплатно
22-03-2022, 13:32
Baxıs: 46 071
Reyting: