allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Nazir Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı yeni səfirini qəbul edib » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Nazir Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Nazir Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliya Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurini qəbul edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərə diqqət çəkilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin gələcək inkişafı baxımından tarixi səfər olduğu və münasibətlərin dərinləşməsinə xüsusi təkan verdiyi bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri vurğulanıb, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib. Uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda tərəfdaşlığın mühüm rol oynadığı qeyd edilib. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasına diqqət çəkilib, gündəlikdə bir çox məsələlərin olduğu, qlobal pandemiyanın təsirlərinə baxmayaraq məsələlərin həlli istiqamətində əhəmiyyətli işlərin görüldüyü qeyd edilib.

Məlumata görə, səfir öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkür edib. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafının yüksək qiymətləndirildiyini, energetika sahəsində əlaqələrin daha da genişləndirilməsinə səy göstərəcəyini bildirib.

Görüşdə müvafiq sahədə ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10:46
Baxıs: 225360
Reyting: