Hikmət Hacıyev qanunsuz erməni silahlıları tərəfindən atəşkəsin pozulmasına münasibət bildirib

"Qarabağda Ermənistanın qeyri-qanuni hərbi birləşmələri qalmaqdadır. Onlar tərəfindən də bəzən atəşkəsin pozulması halları müşahidə olunur".

Leqal.info-nun xəbərinə görə, bunu Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən onların hər biri müşahidə edilir: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən də lazımi tədbirlər görülür. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə monitorinqlərimizi təqdim edirik ki, onların hər biri araşdırılsın və səbəbləri müəyyən edilsin".

Prezidentin köməkçisi bildirib ki, belə halların olması təəssüfedicidir: "Vəziyyət tam nəzarətimiz altındadır".скачать dle 10.6фильмы бесплатно
11-03-2022, 21:32
Baxıs: 37 024
Reyting: