Antalyada Türkiyə, Ukrayna və Rusiya XİN başçılarının görüşü keçiriləcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər.

M.Çavuşoğlu deyib ki, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
7-03-2022, 16:00
Baxıs: 32 541
Reyting: