allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub


İyunun 7-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
13:41
Baxıs: 23680
Reyting: