Ermənistan hərbçiləri Azərbaycan mövqelərini iki istiqamətdə atəşə tutub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Habelə, məlumatda bildirilib ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub:

"Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb".скачать dle 10.6фильмы бесплатно
15-02-2022, 12:00
Baxıs: 24 746
Reyting: