Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

"Hazırda ölkədə təqribən 120-130 min arası əcnəbi şəxs yaşayır".

"Leqal.info" "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, buraya həm də 15 günə qədər ölkəyə qısamüddətli səfər edən şəxslər daxildir: "15 günə qədər ölkəyə səfər edən şəxslər qeydiyyata düşməlidirlər. Həmin göstəricinin təqribən 12-13 faizi 15 günə qədər qalanlardır, digərləri isə müvafiq yaşama icazələri olan və qeydiyyata düşən şəxslərdir".скачать dle 10.6фильмы бесплатно
12-12-2021, 12:42
Baxıs: 27 740
Reyting: