DSX-nin baş çavuşu vəfat edib

Dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürəktutmasından halı pisləşib.

Bu barədə Leqal.info-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Onun dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişmişdir. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırıl­ması üzrə müvafiq tədbirlər həyata keçirilir.

DSX rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.скачать dle 10.6фильмы бесплатно
10-12-2021, 12:00
Baxıs: 36 094
Reyting: