Azərbaycan lideri: “Azğınlaşmış, harınlaşmış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü”

“Biz qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik”.

Leqal.info-nun xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

“Düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulsiyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf, ləyaqətini tapdalamağa çalışırdı, azğınlaşmış, harınlaşmış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü”, - Prezident vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
27-09-2021, 11:13
Baxıs: 20 220
Reyting: