Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Şuşada səfərdədir

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Şuşa şəhərində səfərdədirlər.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki mövcud vəziyyətlə tanış olublar.

Səfər çərçivəsində xarici jurnalistlər Birinci Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən güllələnmiş Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidəsini ziyarət ediblər. Daha sonra isə Şuşa qalasında və Cıdır düzündə olublar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

09.04
Türk Şurasına üzv və müşahidəçi dövlətin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Cəbrayıl rayonundakı mövcud vəziyyətlə tanış olduqdan sonra Şuşa şəhərinə səfərə gediblər.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki mövcud vəziyyətlə tanış olacaqlar.

Səfər çərçivəsində Türk Şurasına üzv və müşahidəçi dövlətin media orqanlarının əməkdaşlarının Şuşa şəhərindəki Yuxarı və Aşağı Gövhər Ağa Məscidini, Cıdır düzünü və digər yerləri ziyarət edəcəklər.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.скачать dle 10.6фильмы бесплатно
1-09-2021, 12:39
Baxıs: 33 699
Reyting: