Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Xatırladaq ki, ilk xəbəri oxu.az saytı yazıb.скачать dle 10.6фильмы бесплатно
31-08-2021, 12:16
Baxıs: 20 413
Reyting: