Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Şuşada Cıdır düzündə olublar

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.скачать dle 10.6фильмы бесплатно
29-07-2021, 12:46
Baxıs: 38 370
Reyting: