Bərbərxana və gözəllik salonlarının işçilərindən COVID-19 pasportu tələb olunacaq

Azərbaycanda bərbərxana və gözəllik salonlarının işçilərindən COVID-19 pasportu tələb olunacaq.

Leqal.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qərara əsasən, sentyabrın 1-dən etibarən bərbərxana və gözəllik salonlarının işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
скачать dle 10.6фильмы бесплатно
26-07-2021, 17:30
Baxıs: 19 759
Reyting: