Sergey Lavrov Bakıya gəldi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb.

Leqal.info-nun məlumatına görə, Rusiya XİN rəhbəri Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Eyni zamanda, S.Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü nəzərdə tutulub.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.

“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə ayrılacaq", - deyə o qeyd edib.

Sergey Lavrov mayın 5-6-da Ermənistana səfər edib. Rusiyalı nazir Yerevanda erməni həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
10-05-2021, 21:30
Baxıs: 50 693
Reyting: