Araikə Rusiyada kim qucaq açıb?

Vətən müharibəsinin gedişində Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən Ermənistan, sonda ağır məğlubiyyəti etiraf edərək, ağ bayraq qaldırmağa məcbur oldu. Nəticədə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin iştirakı ilə işğalçı ölkənin kapitulasiya aktı təsdiqləndi, üçtərəfli bəyanat imzalandı.

Leqal.info xəbər verir ki, bundan sonra, Rusiya tərəfi regionda sülhə nəzarət etmək missiyasını öz üzərinə götürdü. Qısa müddət sonra isə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə rus sülhməramlıları göndərildi ki, tərəflər arasında stabilliyə nəzarət etsin.

Etiraf etmək lazımdır ki, rusların Azərbaycan ərazisinə sülhməramlı göndərməsi heç də birmənalı qarşılanmadı. Tarix boyu sülh sözünün Rusiya üçün ziddiyyət təşkil etdiyini düşünənlər haqlı narazılıqlarını bildirdilər. Azərbaycan hökuməti isə artıq münaqişənin başa çatdığını israrla bildirərək, bundan sonra sülh, əminamanlığın tərəfdarı olduğunu beynəlxalq arenaya çatdırdı.

Lakin məsələ burasındadır ki, Rusiya üzərinə götürdüyü missiyanın öhdəliyindən ya yaxşı gələ bilmir, ya da gəlmək istəmir. İstər şimal qonşumuzun ziddiyyətli addımları, istərsə də sülhməramlıların komandanı Rüstəm Muradovun seperatçılarla görüşü, davranışı Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıqlara səbəb olur.

İndi də Ermənistan mediasında gedən məlumata görə, Azərbaycan tərəfindən barəsində axtarış elan edilmiş, separatçı rejimin qalıqlarının "başçısı", müharibə cinayətkarı Araik Arutyunyan Moskvaya səfər edib.

Bu məqamda haqlı sual yaranır: Bu səfər kimlər tərəfindən təşkil olunur və onun məqsədi nədir? Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə göstəriş verdiyini etiraf edənə Rusiyanın qapılarını kim açıb? Daha bir haqlı sual: cinayətkar Rusiyaya hansı pasportla gedib?

Rusiyanın bu məqamda özünü heç nə olmamış kimi aparması çox maraqlı məsələdir. Nəzərə alaq ki, üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfindən Azərbaycanın dilbər guşəsi Şuşaya “İskəndər - M” raketi atılıb. Azərbaycan tərəfi də fakt və sübutları ortaya çıxararaq, işğalçı ölkəyə böyük qırğınlar törədə bilən raketin kimlər tərəfindən verildiyini sualını ortaya qoyub və israrla bu suala cavab axtarır. Düzdü, Rusiya Müdafiə Nazirliyi bu suala “Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməyib” cavabını versə də, bu, bizim üçün qanedici cavab deyil.

“İskəndər - M” raketi ilə bağlı Rusiyaya yönəlmiş haqlı suallara tutarlı cavab verə bilməmələri azmış kimi, indi də şimal qonşumuzun Araik Arutyunyana qucaq açması qəbuledilməz haldır.

Düzdü, biz də bilirik ki, Ermənistan üçün Rusiya böyük qardaş deməkdir. Elə müharibə vaxtı da cinayətkar rejimin "rəhbəri" Araik Arutyunyan feysbuk hesabında Rusiya başqanı Vladimir Putinə yalvararaq, imdad diləmişdi. Gəlin həmin vaxt Putinə müraciət edən Araikin sitatını yada salaq:

“Dünyada və bölgəmizdə böyük şəxsi nüfuza sahib bir şəxs və lidersiniz. Sizdən xahiş edirəm ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırmaq və siyasi prosesləri bərpa etmək üçün hər şeyi edin”.

Arayik hər nə qədər yalvarsa da, dizini yerə atsa da, cinayətkar cinayətkardır və onu özbaşına Rusiyaya buraxmaq olmaz, əvəzində günahsız insanların, körpələrin qətlində əli olan birini cəzalandırmaqda maraqlı olmalıdır. Hər halda separatizmin nə olduğunu öz təcrübəsində görən Rusiyaya belə şəxslərin səfəri başa düşülən deyil. Nəzərə alaq ki, Arutyunyanın Rusiyaya səfəri Dağlıq Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır.

Hər halda Azərbaycan üçtərəfli bəyanata sadiq qaldığını hər dəfəsində təsdiqləyir. Müharibə vaxtı əsir götürlən erməni hərbçilərin hamısının qarşı tərəfə verilməsi ölkəmizin humanist davranışının göstəricisidir. Səbirmizi basaraq, daha bir humanist davranışı 2 gün öncə etmişik.

Məsələ burasındır ki, Azərbaycanın əməkdaşlıq əlaqələrinin qurulması, kommunikasiyaların açılması istiqamətində fəaliyyət göstərdiyi bir zamanda, Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Hadisə ilə bağlı, Rusiya sərhədçiləri Azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Bəlkə də bu dünya dövlətləri arasında göstərilən ən böyük hümanist davranışdır. Amma onu da nəzərə alaq ki, bizim də səbrimizin bir həddi var.
Belə hallar təkrarlanacağı təqdirdə Azərbaycan adekvat cavab verməlidir.скачать dle 10.6фильмы бесплатно
23-04-2021, 21:16
Baxıs: 41 150
Reyting: