Nazir bu qurumların Müşahidə Şurasının sədri oldu
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Leqal.info xəbər verir ki, sərəncama əsasən, “Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Müşahidə Şurasının üzvləri Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Zaur Qurbanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Fikrət Şirinov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri. *** Dövlət başçısının digər sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi də təsdiq edilib: Müşahidə Şurasının sədri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Müşahidə Şurasının üzvləri Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Azər Mursaqulov – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri. |
XƏBƏR LENTİ
Dünən, 11:38
Dünən, 11:27
Dünən, 10:45
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40
Dünən, 10:40