Ərdoğan yenidən AKP-nin sədri seçildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçilib.

Leqal.info xəbər verir ki, bu, Türkiyənin hakim partiyasının VII Qurultayında keçirilən səsvermədən sonra məlum olub.

Ərdoğan sədrliyə tək namizəd olub. 1431 keçərli səsin 1428-ni alan Prezident sədr seçilib. Üç səs isə keçərsiz hesab edilib.

Bundan başqa, partiyanın 75 üzvdən ibarət Mərkəzi Qərar və İdarə Şurası da seçki ilə müəyyənləşdirilib.скачать dle 10.6фильмы бесплатно
24-03-2021, 21:15
Baxıs: 40 894
Reyting: