Qarabağda 25 minə yaxın partlayıcı zərərsizləşdirilib

Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi rotasının heyəti tərəfindən Dağlıq Qarabağdakı ərazilərin partlayıcı obyektlərdən təmizlənməsi işləri davam etdirilir.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdərə ərazisində minalardan təmizlənmə zamanı 30-dan çox 152 mm-lik yüksək qəlpəli partlayıcı top mərmiləri sülhməramlılar tərəfindən zərərsizləşdirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1548 hektar ərazi, 484 km yol, 1524 mənzil tikintisi partlamamış hərbi sursatlardan təmizlənib, 24 994 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Kəşf olunan partlayıcı obyektlər xüsusi təchiz olunmuş Ballıca təlim meydançasında çıxarılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri görülməklə yerindəcə məhv edilib.скачать dle 10.6фильмы бесплатно
3-03-2021, 12:28
Baxıs: 43 398
Reyting: