Ermənistanda bir neçə Rusiya telekanalının yayımı dayandırılıb

Ermənistanda bir neçə Rusiya telekanalının yayımı dayandırılıb.

Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ötən ilin avqustunda Ermənistan Prezidenti Armen Sarkisyanın imzaladığı “2021-ci il yanvarın 1-dən etibarən bütün xarici telekanalların ictimai multipleksdə yayımlanmasını məhdudlaşdıran qanuna” əsasən ölkədə bir neçə Rusiya telekanalının açıq yayımı dayandırılıb. Beş xarici kanaldan dördünün Rusiya telekanalı olduğu bildirilir.

Ötən ilin dekabrında Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Nazirliyinin Ermənistanla kütləvi rabitə sahəsində əməkdaşlıq haqqında imzaladığı hökumətlərarası sazişə əsasən bir neçə Rusiya telekanalının yayımı davam etdiriləcək.

Bunlardan “RTR-Planeta” Ermənistan daxilində, “Kultura” və “Perviy Kanal” telekanalları İrəvanda ictimai yayım hüququnu qoruyacaq.скачать dle 10.6фильмы бесплатно
6-01-2021, 19:38
Baxıs: 36 363
Reyting: