Azərbaycana gətiriləcək vaksinlər vergidən azad edilir

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Leqal.info xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
28-12-2020, 22:23
Baxıs: 22 344
Reyting: