İlham Əliyev: “Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”

“Qəhrəman Azərbaycan əsgəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.

Leqal.info xəbər verir ki, bu sözləri Qubadlı rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xanlıq qəsəbəsində olarkən deyib.

“Bu bir yenilikdir. XXI əsrın müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.скачать dle 10.6фильмы бесплатно
23-12-2020, 22:53
Baxıs: 43 021
Reyting: