Paşinyan yenə aciz durumda qaldı...

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə BBC-nin müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt olması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Leqal.info xəbər verir ki, bu, Ermənistan Baş nazirinin ilk acizliyi deyil. Bundan əvvəl bir neçə dəfə beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında, eyni zamanda jurnalistlərə bu mövzu ilə bağlı müsahibələrində verdiyi tutarsız və qeyri-real cavablarla gündəmə gəlib. Cari ilin avqust ayında da Paşinyan eyni kanalın “Hard Talk” proqramında da məşhur jurnalist Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşmüşdü.

Bununla Paşinyan bir daha siyasi ritorika və natiqlik səviyyəsi baxımından çox primitiv olduğunu dünya ictimaiyyətinə nümayiş etdirib. Hətta aparıcı tərərfindən dəfələrlə təkrarlanan suallara da cavab verə bilməyib. Həmin rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu göstərmişdi.

Paşinyanın rüsvay olmasının daha bir nümunəsi də dünən yaşandı. O bu dəfə jurnalist İohan Fişerin ədalətli və sərt suallarını cavablandıra bilmədi. Beləliklə, növbəti rəzilliyini yaşadı. Paşinyan artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul edilir. Bunu erməni xalqı da görür.

BBC-nin müxbirinin “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri qarşısında düşdüyü vəziyyətin daha da çətinləşdiyini görən Paşinyan buna söz tapa bilməyərək “Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənib. Jurnalistin isə ard-arda “Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, “Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var, lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”, “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” kimi suallar yağdırması Ermənistanın Baş nazirinə tərs sillə effekti yaradıb. Bundan sonra da suallara məntiqsiz cavablar verməkdə davam edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev də Paşinyanın növbəti rüsvayçılığı ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, Azərbaycan həqiqətlərini uzun illərdir Azərbaycan Prezidenti bütün mötəbər beynəlxalq platformalarda səsləndirir:

“Ölkə başçısı Azərbaycana qarşı erməni təxribatını bütün detalları ilə dünya ictimaiyyətinə çatdırır. BMT-nin 4 qətnaməsi var. Əvvəlki illərdən fərqli olaraq artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın son dönəmlərdəki həm xarici televiziyalara müsahibələri,həm tarixi, həm də müasir dövrümüzlə bağlı söylədiyi fikirlərdə yol verdiyi səhvlər var. Və bu səhvləri də artıq dünya ictimaiyyəti görür. Əgər əvvəllər hansısa ermənipərəst və onların mövqelərindən çıxış edən jurnalist bunları görməzdən gəlirdisə, bu gün artıq tərəfsiz jurnalistlər həqiqətləri Paşinyanın üzünə söyləyirlər. Paşinyan da bu suallar qarşısında aciz qalır. Rusiya telekanalına cənab Prezidentin müsahibəsi oldu. Daha sonra Nikol Paşinyan danışdı. Baxmayaraq ki orda jurnalistlərin kontur sualları var idi. Ancaq bütün Rusiya və dünya ictimaiyyəti möhtərəm cənab Prezidentin çox möhtəşəm çıxışı və həqiqətləri söyləməsi qarşısında bir növ aciz qaldılar. Paşinyan isə demək olar ki, nağıl və rəvayət danışdı. Fakta əsaslanmayan fikirlər söylədi. Bu da ciddi qəbul edilmədi BBC-yə müsahibəsində də gördüyünüz kimi, jurnalist Dağlıq Qarabağın və işğal edilmiş torpaqların Azərbaycan ərazisi olduğunu söyləyir. Və sitat olaraq BMT-nin 4 qətnaməsini misal gətirir. Paşinyan da bu fakt qarşısında da tutarlı cavab verə bilmir.

Ümumilikdə isə həm diplomatik sahədə, həm də güc sahəsində bütün tərəflər bizim yanımızdadır. Biz haqq mübarizəmizdə çox inamla irəliləyirik. Artıq erməni əsilli jurnalistlər belə Paşinyanı qınayırlar. Bütün yanlış addımlarına görə onu tənqid edirlər. Ermənilərin bu mübarizədə sonu artıq çatıb. Onlar istədiklərini artıq əldə edə bilməyəcəklər və dünya ictimaiyyətini aldada bilməyəcəklər. Bizim gənclərimiz, könüllülərimiz dövlətin həyata keçirdiyi bu prosesə yaxından dəstək olurlar”.скачать dle 10.6фильмы бесплатно
7-10-2020, 12:45
Baxıs: 35 476
Reyting: