Rusiyadan QARABAĞ ÇIXIŞI

“Biz ədalətli həll yolu, atəşkəs, münaqişənin başa çatması və hər iki ölkənin bu gərginliyə son qoymasını dəstəkləyirik”.

Leqal.info xəbər verir ki, bunu Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.
BMT-nin qərargahındakı mətbuat konfransında gündəmlə bağlı danışan Nebenzya “Anadolu” agentliyi müxbirinin Rusiyanın beynəlxalq hüquq normaları və BMT-nin nizamnaməsinə görə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmə çağırışı edib-etməyəcəyi sualına belə cavab verib: “Dağlıq Qarabağdakı problem bizim üçün böyük təşviş qaynağıdır. Amma təşvişimiz sərhədlərimizə çox yaxın olduğu üçün deyil. Moskvanın hər iki tərəflə xüsusi münasibətləri olduğu üçün. Yaşananlara kədərlənirik. Ağır itkilər və tələfatların olduğu böyükmiqyaslı hərbi münaqişənin ortasında BMT Baş Assambleyasının qərarlarının tam olaraq tətbiqini gözləyə bilmərik”.скачать dle 10.6фильмы бесплатно
2-10-2020, 12:33
Baxıs: 28 220
Reyting: