Seninem.Az > Şou-Biznes > Dayısı Taciri efirdə biabır etdi
Dayısı Taciri efirdə biabır etdiTarix: 27-04-2018, 17:37. Müəllif: admin |
Müğənni Tacir Şahmalıoğlunun dayısı onu biabır edib. Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, "5/5"-də tamaşaçılar arasında əyləşən yaşlı şəxs Mingəçevirdən gəldiyini və məşhur müğənni Tacir Şahmaloğlunun doğma dayısı olduğunu bildirib. Ağsaqqal Taciri qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib: "Hər yerdə deyir filankəsə kömək etmişəm. Onun insanlığı yoxdur, yalan danışır". Adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs məşhur müğənninin dünyasın dəyişən övladlarının yas mərasiminə qatılmadığını da qeyd edib: "46 yaşında qızımı və 24 yaşında oğlumu itirdim. Onların yasına gəlmədi". Geri Qayıt |