Seninem.Az > Şou-Biznes > Kənan Hollivud filminə çəkilir?

Kənan Hollivud filminə çəkilir?


Tarix: 23-01-2018, 01:47. Müəllif: admin
Aktyor Kənan İmirzalıoğlu ötən gün xanımı Sinem Koballa kafelərdən birindən çıxarkən görüntülənib.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, "Mehmed: Bir Cihan Fatihi" serialı ilə ekranlara geri dönməyə hazırlaşan aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Kənanın bu yaxınlarda rejissor Mario Kassardan film təklifi aldığı haqda xəbərlər yayılmışdı. Bu səbəbdən mətbuat nümayəndələri aktyora "Film təklifi aldığınız düzdür? Hollivuda transfer olursunuz?" sualı veriblər.

İmirzalıoğlu isə gülərək "Futbolçuyam ki, transfer olum?" deyə cavab verib.
Kənan Hollivud filminə çəkilir?скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt