Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Bərdədə soyğunçu isti izlərlə saxlanıldı

Bərdədə soyğunçu isti izlərlə saxlanıldı


Tarix: 2-03-2023, 12:07. Müəllif: admin2
Bərdədə soyğunçu isti izlərlə saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbiri nəticəsində qadına qarşı soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə RPŞ-yə fərdi yaşayış evinə qanunsuz daxil olan şəxsin ev sahibəsinə qarşı soyğunçuluq əməli törətməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Eldəniz İsayev saxlanılıb. O, soyğunçuluq edərək ələ keçirdiyi pulun bir qismi ilə birlikdə istintaqa təqdim olunub.

Faktla bağlı Bərdə RPŞ-də E.İsayev barəsində Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt