allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info
Seninem.Az > Ölkə İçi, Əsas 1, Slayd, slayd1 > Vətən müharibəsi xronikası: 5 noyabr
Vətən müharibəsi xronikası: 5 noyabrTarix: 08:13. Müəllif: arazxeber |
![]() 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. KONKRET.az Vətən müharibəsinin xronikasını təqdim edir. – Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. – Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub. – Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu. – Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub. – Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb. – Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb. – Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib. Geri Qayıt |