Seninem.Az > Aktual / Manşet Yuxarı > Rövşən Rzayev: “Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər”
Rövşən Rzayev: “Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər”Tarix: 14-04-2022, 13:59. Müəllif: admin |
“Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ictimaiyyətdən böyük dəstək almamışıq”. Leqal.info-nun xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib. O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir. Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: “Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”. Geri Qayıt |