Bərdədə soyğunçu isti izlərlə saxlanıldı

Bərdədə soyğunçu isti izlərlə saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbiri nəticəsində qadına qarşı soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Bərdə RPŞ-yə fərdi yaşayış evinə qanunsuz daxil olan şəxsin ev sahibəsinə qarşı soyğunçuluq əməli törətməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Eldəniz İsayev saxlanılıb. O, soyğunçuluq edərək ələ keçirdiyi pulun bir qismi ilə birlikdə istintaqa təqdim olunub.

Faktla bağlı Bərdə RPŞ-də E.İsayev barəsində Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.4-cü (soyğunçuluq) maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.скачать dle 10.6фильмы бесплатно
2-03-2023, 12:07
Baxıs: 386
Reyting: