allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Nazir Mübariz Qurbanlının qardaşı oğluna VƏZİFƏ VERDİ » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Nazir Mübariz Qurbanlının qardaşı oğluna VƏZİFƏ VERDİ

Nazir Mübariz Qurbanlının qardaşı oğluna VƏZİFƏ VERDİ

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

ARAZXEBER.AZ-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Emin Qurbanov Samux Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

E.Qurbanov işdən çıxarılaraq sərəncama götürülmüşdü./oxu.az/

Qeyd edək ki, E. Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.
14:42
Baxıs: 69520
Reyting: