NİİM sürücülərə müraciət etdi

NİİM sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

Müraciətdə deyilir:
“15 sentyabrda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqları yaxınlığında şəxsi minik avtomobillərinin park edilməsi və dayanma-durma qaydalarının pozulması halları digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə yaradır və yollarda sıxlığın yaranmasına səbəb olur. Məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün sürücülər Qanunun tələblərinə əməl etməlidirlər. Unutmayaq ki, yollarda hərəkət sıxlığı ictimai nəqliyyat vasitəsi ilə təhsil almağa gələn məktəblilər üçün də gecikmələrə səbəb olur. Buna görə avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma və parklanma qaydalarına düzgün əməl etmək vacib şərtlərdəndir”.скачать dle 10.6фильмы бесплатно
12-09-2022, 12:07
Baxıs: 365
Reyting: