Azərbaycanda 2 qardaş birgə qətl törətdilər

Azərbaycanda 2 qardaş birgə qətl törətdilər

İyulun 18-i saat 16 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Eurohome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri yetiririlərək öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Binəqədi rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişlər.

İstintaq davam edir.скачать dle 10.6фильмы бесплатно
19-07-2022, 14:50
Baxıs: 214
Reyting: