Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib

"Bakının bəzi küçə və prospektlərində yeni hərəkət sxemi müəyyən edilib".

Bunu “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib:

"Sürücülərimizin diqqətinə çatdırmaq istəyirik ki, “Formula 1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar paytaxtımızın istiqaməti dəyişdirilmiş və məhdudlaşdırılmış küçə və prospektlərinə yeni hərəkət sxemi müəyyən olunub. Belə ki, Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva, Kövkəb Səfərəliyeva, şəhərdən çıxış istiqaməti təmin edilib. Əlavə olaraq Azadlıq prospekti-Nizami küçəsi ilə sağa, Kövkəb Səfərəliyeva-Yusif Səfərov küçələri ilə də hərəkət müəyyən olunub".

"Sürücülərdən bu günlərdə xüsusi ilə şəxsi nəqliyyat vasitələri ilə hərəkəti maksimum məhdudlaşdırmağı, daha çox ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik", - DYP rəsmisi vurğulayıb.скачать dle 10.6фильмы бесплатно
8-06-2022, 11:00
Baxıs: 34 527
Reyting: