Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.

Leqal.info bu barədə TASS-a istinadən xəbər verir.

İyunun 8-də Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları planlaşdırılır.

Nazirlər Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, Lavrov və Çavuşoğlu Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.скачать dle 10.6фильмы бесплатно
7-06-2022, 23:46
Baxıs: 39 244
Reyting: