Polisin dini təhqir etməsi iddialarına

Sosial şəbəkələrdə Azərbaycanda polisin dini təhqir etdiyinə dair iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Leqal.info-ya bildirib ki, iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddir: “Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib.

Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şaiyələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan Polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan Polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Nardaran hadisələri ilə bağlı həbs edilmiş Taleh Bağırzadənin aclıq aksiyasına başladığı və buna səbəb kimi polislərin dini təhqir etdiyi iddiaları yayılıb.

T.Bağırzadə Nardarandakı iğtişaşlarda ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onun həbsdə aclıq aksiyası keçirməsi iddiası ilə bağlı Penitensiar Xidmətə sorğu ünvanlamışıq.скачать dle 10.6фильмы бесплатно
7-06-2022, 15:25
Baxıs: 27 257
Reyting: