allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Nazir icra başçısının oğlunu İŞDƏN QOVDU » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Nazir icra başçısının oğlunu İŞDƏN QOVDU

Nazir icra başçısının oğlunu İŞDƏN QOVDU

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

Arazxeber.az xəbər verir ki, bunu “report”a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, Ş.Hüseynov əvvəllər Yasamal Rayon Polis İdarəsinin əməkdaşı olub. Ötən il onun sərt karantin rejimi dövründə vətəndaşlara qarşı fiziki təzyiq göstərməsi ilə bağlı görüntüləri yayılıb. Bundan sonra Ş.Hüseynov Yasamal RPİ-dəki vəzifəsində azad olunaraq, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi.
13:46
Baxıs: 29200
Reyting: