Yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna bilər

“Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub”.

Leqal.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ASAN Radionun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır: “Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar var. Məqsəd pul yığımı yox, məktəblə valideyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür”.скачать dle 10.6фильмы бесплатно
26-04-2022, 20:41
Baxıs: 45 817
Reyting: