Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti ələ keçirib

Rusiya Ukraynanın Mariupol şəhərinə nəzarəti tam ələ keçirib.

Leqal.info xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məruzə edib.

Belə ki, aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Nazir Prezidentə məruzə edərək bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvvələrinin 8 100-ə yaxın hərbçisi olub:

“2 mindən çox hərbçi isə “Azovstal” zavodunun ərazisində yerləşib”.

Şoyqu yaxın 3-4 günə “Azovstal”da əməliyyatı başa çatdıracaqlarını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin “Azovstal”a hücumu məqsədəuyğun saymadığını bildirib. O, bu sənaye zonasını mühasirə saxlamaq tapşırığını verib:

“Elə edin ki, ora milçək belə uça bilməsin”.

Qeyd edək ki, Ukraynalı hərbçilər zavodun ərazisində mühasirədədir.скачать dle 10.6фильмы бесплатно
21-04-2022, 11:30
Baxıs: 32 715
Reyting: