Ukraynada iki gündür humanitar dəhlizlər açılmır

“Bu gün təəssüf ki, humanitar dəhlizlər olmayacaq”.

Leqal.info xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi Mariupol, Berdyansk, Tokmak, Enerqodardan humanitar dəhlizlərin açılması üçün uzun və mürəkkəb danışıqlar aparıb. Baş nazirin müavini bildirib ki, həmçinin Xerson və Luqansk vilayətlərinin yaşayış məntəqələri üzrə də aparılıb:

“Bununla belə, Rusiya işğalçıları beynəlxalq humanitar hüququ pozaraq humanitar marşrutların qarşısını kəsməkdən və atəşə tutmaqdan əl çəkmirlər.

Ona görə də təhlükəsizlik baxımından bu gün humanitar dəhlizlərin açılmaması qərara alınıb. Biz humanitar dəhlizlərin mümkün qədər tez işə salınması üçün hər cür səy göstərəcəyik”.

Xatırladaq ki, ötən gün də humanitar dəhlizlərin açılmasına nail olunmayıb.скачать dle 10.6фильмы бесплатно
18-04-2022, 13:06
Baxıs: 25 491
Reyting: