Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 175 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 008, bu günə qədər isə ümumilikdə 6 759 211 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
14-04-2022, 20:21
Baxıs: 45 787
Reyting: